Etirazçılar fransalı nazirin evinə hücum etdi


Fransa daxili işlər naziri Kritof Kastaner deyib ki, etirazçı hərəkatın tərəfdarları onun evinə hücum ediblər. Bununla bağlı “Midi Libret” nəşri məlumat yayıb. “Çox aqressiv hərəkətlər, irqçi hücumlar olub. Onlar həyat yoldaşımın və qızımın olduğu Forkalkedə yerləşən evimə də hücum etdilər”, - Kastaner bildirib. Hücumun təfərrüatı açıqlanmır. Fransada kütləvi aksiyalar noyabrın 17-də yanacağın qiymətinin qalxmasından sonra başlayıb. DİN-dən verilən məlumatlarda qeyd edilib ki, son həftə ərzində etirazlarda 287 mindən çox insan iştirak edib. Baş verən qarşıdurmalar zamanı 500-dən çox insan yaralanıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top