Samuxda yol qəzası baş verib, xəsarət alan var


Samux rayonunda yol qəzası baş verib. "Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Bəhrəm Bayram oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Samux Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top