
Çinin Jilin əyalətindəki Sanhe qəsəbəsində yerləşən maşınqayırma zavodunda partlayış baş verib. “Sinhua” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 57 nəfər xəsarət alıb. Partlayış ətrafdakı 41 tikiliyə ziyan vurub. Ərazidə yanğın da baş verib. Hadisənin nəticələrini aradan qaldırmaq üçün tədbirlər görülür.(report)