
Siyasət yalan danışmaq sənəti deyil. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, siyasət insanları dürüstlüklə ədalətli idarə etmək sənətidir. O bildirib: “Biz ölkəmizi 2023-cü ildə dünyanın ən böyük 10 iqtisadiyyatından birinə çevirmək istəyirik. Məruz qaldığımız hücumlar səbəbindən vaxtaşırı planlarımızdan geri qalsaq da hədəfimizə çatmaqda qətiyyətliyik”.