Zabit Səmədov yeni döyüşə hazırlaşır


K-1 döyüşçüsü, "Mauqli” ləqəbli Zabit Səmədov yeni döyüşə hazırlaşır.
Səmədov Çeçenistanın "Axmet” klubunun üzvüdür və bu klubun təşkil etdiyi turnirdə rinqə çıxacaq. Turnir Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək.
Turnirdə 20 ölkənin tanınmış idmançısı iştirak edəcək. Rinqə Rusiya, Almaniya, Fransa, Ukrayna, Belarus, Moldova, Rumıniya kimi ölkələrin təmsilçiləri çıxacaq. Azərbaycanı turnirdə K-1 döyüşçüsü Elxan Əliyev təmsil edəcək. Elxan Əliyevin rəqibi mərakeşli idmançı Cihad Akipa olacaq.
Zabit Səmədov isə rusiyalı kikboksçu Yevgeni Orlova qarşı rinqə çıxacaq.
(Qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top