
90-cı illərin ən çox izlənilən animasiya filmi "Aslan Kral" (The Lion King) 25 ildən sonra yenidən səhnəyə qayıdıb. Aralarında Ceyms Örl Cons və Biyons kimi məşhurların da olduğu səsləndirmə heyəti ilə sevənlərini həyəcanlandıran “Aslan Kral”ın ilk anonsu yayımlanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla bildirir ki, "Aslan Kral" filmi “live action” (canlı macəra) janrında yenidən səhnələşdirilib.
Con Favreaunun rejissoru olduğu filmin anonsunda Ceyms Örl Consun səsləndirdiyi “Mufasa”, balaca “Simba”nı havaya qaldırıb kral elan edir.