Qlobal istiləşmənin həlli üçün yeni fikir: “Günəşi kölgələyək”


ABŞ-ın Harvard və Ueyl univeristetlərinin tədqiqatçıları, atmosfer təbəqəsinə günəş şüalarını saxlayan kimyəvi maddələr ötürərək qlobal istiləşmənin təsirinin azala biləcəyini iddia ediblər.
Yeniavaz.com xarici mətbuata istinadən bildirir ki, hələ ki, bu barədə fikir mübadiləsi aparılsa da, hər il 2,25 milyard dollara başa gələcək layihə nəticəsində, yer kürəsində orta temperaturun aşağı düşəcəyi bildirilib.
Araşdırmaçıların fikrincə yerin səthindən təxminən 20 kilometr yuxarıda yerləşən stratosfer təbəqəsinə müəyyən edilən vaxtlarda sulfat dənəcikləri sıxılmalıdır.
Hələ ki bu işi görmək üçün texnika olmasa da, layihə üçün yeni qurğunun ixtira olunmasının asan başa gələcəyi bildirilib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top