Mingəçevirli qadın görün nə yetişdirib - FOTOLAR


Mingəçevir şəhər sakini həyətində ilk dəfə olaraq çəkisi 1,2 kq artıq olan hind limonu yetişdirib.
Yeniavaz.com xəbər verir ki, Nabat Əliyeva qohumunun verdiyi toxumu dibçəkdə becərdikdən sonra həyətyanı sahəyə köçürüb. Bitki 4 il sonra bar verib. Məhsuldarlığı ilə seçilən limonlar görünüşünə, çəkisinə, hətta dadına görə, cənub zonasında bitən subtropik bitkidən fərqlənir. Yaşlı qadın yetişdirdiyi məhsulu satmır.
Nabat Əliyeva deyir ki, şəhərdə limon becərmək  o qədərdə çətin deyil, ona düzgün aqro-texniki qaydada qulluq etməyi vacib hesab edir. Mingəçevir sakini bağnda iri görünüşlü limonlarla yanaşı, feyxoa, kivi və cənub zonasında bitən limonları da becərir. Həvəskar bağban şəhərdə havalar soyuyan kimi, bitkilərin üzərini sellofanla bağlayacağını bildirdi.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top