Baş nazir Rasim Ocaqovla bağlı qərar imzalayıb


Nazirlər Kabineti kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.

Yeniavaz.com xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.

Şəki Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

DİGƏR XƏBƏRLƏR

Top