Röya xəstəxanadan evə buraxıldı


Əməkdar artist Röya Ayxan avtomobil qəzasına düşüb.

 
Yeniavaz.com BakuPost.az-a istinadən xəbər verir ki,sənətçi təcili tibbi yardım maşını ilə Bakıda özəl klinikalardan birinə yerləşdirilib. 
  
Klinikadan verilən xəbərə görə, o, təcili tibbi yardım şöbəsinə qəbul edilib. Müğənniyə ilkin tibbi müdaxilə edilib.

İlkin həkim rəyinə görə, Röya ciddi xəsarət almayıb. Onun əsasən qol nahiyəsi əzilib.

Aparıcı Hacı Nuran Röyaya baş çəkib. O, İnstaqram hesabında sənətçi ilə oğlunun da yer aldığı fotonu paylaşaraq “Narahat olmayın. Hər şey yaxşıdır” deyə bildirib.
 
Hadisənin necə baş verməsi ilə bağlı hər hansı məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top