Paytaxtın mərkəzində binanın fasadını təmir edən fəhlə yıxıldı - VİDEO


Axşam saatlarında Bakının Nizami küçəsində bədbəxt hadisə baş verib.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, Nizami küçəsində yerləşən binanın fasadında təmir zamanı fəhlələrdən biri ehtiyatsızlıqdan hündürlükdən yıxılıb. Fəhlə xoşbəxtlikdən binanın ətrafında quraşdırılmış təhlükəsizlik çadrlarının üstünə düşüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top