Ağdaşda 40 yaşlı kişi intihar edib


Ağdaşda 40 yaşlı kişi intihar edib.

Yeniavaz.com xəbər verir ki, bu gün Ağdaş rayon Qaradağlı kəndində yaşayan Ağdam şəhərindən məcburi köçkün, 1978-ci  il təvəllüdlü Quliyev Səyyaf ölmüş vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına gətirilib.
İlkin araşdırma zamanı məlum olmuşdur ki, Quliyev Səyyaf yaşadığı Ağdaş rayon Qaradağlı kəndində  yerləşən evin həyatyanı sahəsində olan quraqlıqdan kəndirlə özünü asaraq intihar etmişdir.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Pərviz Əliyev, Ağdaş
 
 

DİGƏR XƏBƏRLƏR

Top