
Son illər Azərbaycanda ət və ət məhsullarının istehlakı artır.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, son 6 ildə - 2012-2017-ci illərdə adambaşına düşən ət və ət məhsularının illik istehlakı 15,5% və ya 5 kiloqram artaraq 37,4 kiloqrama yüksəlib.
Hesabat dövrü ərzində adambaşına düşən mal ətinin (ət məhsulları ilə birgə) illik istehlakı 11,6% və ya 1,6 kiloqram artaraq 15,4 kiloqrama, qoyun və keçi ətinin istehlakı 5,2% və 400 qram artaraq 8,1 kiloqrama, quş ətinin istehlakı 22,6% və ya 2,4 kiloqram artaraq 13 kiloqrama, donuz ətinin istehlakı isə 3 dəfə və ya 600 qram artaraq 900 qrama yüksəlib.
Bu dövürdə balıq və balıq məhsullarının istehlakı 3,6% və ya 300 azalaraq 7,9 kiloqrama düşüb.
Bu dövürdə balıq və balıq məhsullarının istehlakı 3,6% və ya 300 azalaraq 7,9 kiloqrama düşüb.
Adambaşına əsas növ heyvandarlıq məhsullarının illik istehlakı |
|||
2012-ci il | 2017-ci il | Fərq | |
Mal əti və ət məhsulları | 13,8 kq | 15,4 kq | 11,6% artıb |
Qoyun və keçi əti və ət məhsulları | 7,7 kq | 8,1 kq | 5,2% artıb |
Quş əti və ət məhsulları | 10,6 kq | 13 kq | 22,6% artıb |
Donuz əti və ət məhsulları | 0,3 kq | 0,9 kq | 3 dəfə artıb |
Balıq və balıq məhsulları | 8,2 kq | 7,9 kq | 3,6% azalıb |