Bu xəstəliklərin müalicəsi üçün içilən dərmanlar ağciyərə mənfi təsir edir


Müəyyən xəstəliklərin müalicəsi üçün istifadə olunan dərman preparatları ağ ciyərlərə mənfi təsir göstərə bilər. Böyük Britaniyanın Mançester Universitetinin bir qrup mütəxəssisi müşahidələr nəticəsində bu qənaətə gəlib. Qeyd olunub ki, artrit, xərçəng, revmatizm və ürək xəstəliklərinin müalicəsi istifadə olunan bir sıra dərmanlar ağciyərlərə mənfi təsir göstərən yan effektlərə malik ola bilər. Bundan başqa, ifrazat sisteminin xroniki infeksiyaları zamanl istifadə olunan antibiotiklər - nitrofurantoin və daltomitsinin də ağciyərlərə təsir edə bilər.(Trend)

DİGƏR XƏBƏRLƏR

Top