Mikrorayonda analoqu olmayan "fontan" - Su borusu hər il eyni yerdən partlayır - VİDEO


Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində su borusu partlayıb.
Yeniavaz.com saytının məlumatına görə, Abay Kunanbayev küçəsi bina 3/33-ün qarşısında baş verən hadisə zamanı suyun təzyiqi o qədər yüksək olub ki, fontanın hündürlüyü binanın 5-ci mərtəbəsinədək yüksəlib.
Ərazidə yaşayan sakinlərin verdikləri məlumata görə, su borusu artıq bir neçə ildir eyni yerdən partlayır. Hər dəfə "Azərsu" ASC-nin işçiləri əraziyə gəlir, borunun su axan yerinə taxta parçası vurub gedirlər. Bir müddət sonra həmin yerdən su yenidən axmağa başlayır.
Suyun fontan vurduğunu görən bəzi sürücülər fürsəti əldən vermək istəməyib avtomobillərini onun altında yumağa çalışıblar.
Sonradan hadisə yerinə gələn “Azərsu” su axıntısının qarşısını alıblar.
Ətraflı videoda.

DİGƏR XƏBƏRLƏR

Top