
Rusiyada həkimlər ayağı qanqrenli yaşlı qadının sağlam ayağını səhvən kəsiblər. Qadının ölümü ilə nəticələnən hadisə səbəbilə ailəsi həkimləri məhkəməyə verib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Varonij şəhərindəki xəstəxanada baş verən hadisə ölümlə nəticələnib. Həkimlər xəstənin qanqrenli olmayan ayağını kəsiblər. Bu da 89 yaşlı qadının ölümü ilə nəticələnib.
Həkimlərin xətasından xəbərdar olan ailə polisə müraciət edib. Məhkəmə heyəti isə həkimlərin saxlanılmasına və hadisənin araşdırılmasına qərar verib.

Qeyd edək ki, oxşar hadisə 2 il əvvəl Azərbaycanda da olmuşdu. İltihablı sol ayağı kəsilməli olduğu halda həkim səhvi ucbatından sağlam ayağı kəsilən 87 yaşlı Tərlan Məmmədovanın digər ayağı da amputasiya edilmişdi.
Şahmərdan Əhmədli
Tətbiqimizi yükləyə bilərsiniz