ABŞ-da təyyarə qaçırıldı


İki yeniyetmə ABŞ-ın Yuta ştatının Censen şəhərində kiçik təyyarəni qaçırıblar.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, 14 və 15 yaşlı yeniyetmələr Censendəki özəl aerdromdan “Cessna” birmühərrikli təyyarəni qaçırıblar.
Bundan sonra onlar təyyarədə təqribən 24 kilometr uçublar. Qeyd edilir ki, təyyarəni qaçıranlar Yuta ştatının Vernal Ricina aeroportuna uğurla eniblər.  Polis yeniyetmələri saxlayıb və istintaq təcridxanasına aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top