Polisi dişləyən it həbs olundu - İngiltərədə


İngiltərədə polisini dişləyən bir it həbs olunaraq, heyvan islah evinə göndərilib. Hadisə Northemptonşir şəhərində baş verib. Evdən qaçan 4 aylıq it avtomobillərdən birinin altında gizlənib. Polis iti çıxarmağa çalışarkən isə heyvan onu dişləyib. 1991-ci ildə qəbul edilən "Təhlükəli it qadağası" qanununa əsasında həbs olunan itin sahibləri heyvanın qorxduğu üçün polisə hücum çəkdiyini və sərbəst buraxılması üçün vəkilləri vasitəsilə hərəkətə keçdiklərini söyləyiblər. Həmçinin heyvansevərlər itin sərbəst buraxılması üçün sosial şəbəkədə kampaniya başladıblar.(qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top