Ev tapşırığını yazmayan uşaq ailəsi tərəfindən qətlə yetrilib


Fransada ev tapşırıqlarını yazmadığı üçün döyülərək öldürülən 9 yaşlı uşağın ailəsi polis tərəfindən saxlanılıb. Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Almaniya ilə sərhəd şəhəri olan Malhausda bir uşağın ölü halda tapılması ilə başlayıb. Uşağın bacısı, qardaşı və qardaşının hamilə sevgilisi sentyabrın 17-də evdə uşağı ölmüş halda tapıb və təcili tibbi yardım çağırıb. Ananın isə həmin gün işlə əlaqədar Parisdə olduğu bildirilib. Həkimlər isə uşağın ölümünü şübhəli bilərək tibbi ekspertiza aparılmasını tələb ediblər. Nəticədə uşağın döyülərək öldürüldüyü ortaya çıxıb. Hadisəni törətmətkdə şübhəli bilinən uşağın anası, bacısı, qardaşı və qardaşının sevgilisi polis tərəfindən saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top