Qabon prezidenti öldürülüb?​


Oktyabrın 24-də keçirilən Gələcəyin İnvestisiyası Konfransında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edən Qabon Prezidenti Əli Bonqodan 29 gündür ki, xəbər yoxdur. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qabonlu dövlət adamları prezidentin, səhhəti ilə əlaqədar olaraq Riyaddakı xəstəxanaların birində olduğunu bildirsə də, Afrika Birliyi məsələnin ətraflı araşdırılması üçün Qabona heyət göndərəcəyini bildirib. Heyət həm də ölkənin siyasi vəziyyəti haqqında məlumat toplayacaq. Afrika Birliyinin prezidenti, A. Bonqonla bağlı narahat olduqlarını bildirib. Hal-hazırda Bonqonun bəzi səlahiyyətləri, mövcud qeyri-müəyyənlik səbəbi ilə köməkçisinə verilib.

DİGƏR XƏBƏRLƏR

Top