Tramp: Qaşıqçının ölümündə bütün dünya günahkardır


ABŞ Prezidenti Donald Tramp bu dəfə də Səudiyyə Ərəbistanının tərəfini saxlayıb. Tramp jurnalist Camal Qaşıqçının ölümündə bütün dünyanı günahlandırmağı təklif edib.

Jurnalistlərin "Kim günahkardır?" sualına Tramp belə cavab verib: "Ola bilər dünya".

Trampın sözlərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salman ondan daha çox jurnalistin ölümünə təəssüf edib.

Qeyd edək ki, C.Qaşıqçı sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Qaşıqçının konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.(Trend)

DİGƏR XƏBƏRLƏR

Top