Bu məşhur filmimizə - QADAĞA QOYULUBMUŞ


"Əhməd haradadır?" filminin SSRİ-yə daxil olan ölkələrdə nümayişinə qadağa qoyulubmuş.

Bu barədə sözügedən filmdə şofer Əhməd obrazını canlandırmış əməkdar artist "Mədəniyyət" kanalının "Görüş yeri" verilişində deyib:

"Filmi əvvəlcə Moskvada bəyənməyib üçüncü kateqoriya vermişdilər. Bu kateqoriyanı alan filmlər isə yalnız istehsal edildiyi ölkədə nümayiş oluna bilərdi. Amma Ədil İsgəndərovun filmi qısa müddətdə elə rəğbət qazandı ki, həmin qadağa aradan götürüldü".
Qeyd edək ki, Ədil İsgəndərovun kinorejissor kimi ilk və son işi olan "Əhməd haradadır?" filmi 1963-cü ildə çəkilib. Filmdə Lütfəli Abdullayev, Nəcibə Məlikova, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Əliağa Ağayev, Səyavuş Aslan, Eldəniz Zeynalov, Ağahüseyn Cavadov kimi məşhur aktyorlar rol alıblar.
(Olke.az)

DİGƏR XƏBƏRLƏR

Top