Elmi fəaliyyətlə məşğul olan keçmiş vəzifəlilər - SİYAHI

Azərbaycanda elmi dərəcəsi olan, elmi fəaliyyətlə məşğul olan vəzifəli şəxslər az deyil. Onlar vəzifədə olarkən vaxt azlığından elmi sahəyə çox da diqqət göstərə bilmirlər. Lakin işdən çıxarılandan sonra elm sahəsində daha çox aktivlik göstərirlər. Yeniavaz.com saytı onların siyahısını təqdim edir.
 

- Səlim Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad ediləndən sonra Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim işləməyə başlayıb. S. Müslümov iqtisad elmləri doktorudur.
 
- Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qərb Universitetində elmi fəaliyyətlə məşğuldur. H. Bağırov 1990-cı ildə SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.
 
- Baş nazirin keçmiş müavini, xalq yazıçısı Elçin Əfəndiyevin də elmi fəaliyyətlə məşğul olduğu bildirilir. E. Əfəndiyev filologiya elmləri doktoru, professordur.
 
- Beyləqanın yenicə işdən çıxarılan icra başçısı Vaqif Abdullayev professordur. Vaqif Abdullayev sosial şəbəkədə özünə profil açıb və dediyinə görə məsədi elmi fəaliyyətini ictimaiyyətə çatdırmaqdır.
 
- Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov elmi fəaliyyətini davam etdirir. H. Əsədov iqtisad elmləri namizədidir.
 
- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovelmi fəaliyyətini davam etdirir. Q. Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya üzrə elmlər doktoru, professordur. Q. Məmmədov uzun illər BDU-nun Torpaqşünaslıq kafedrasının müdiri olub.
 
- Sabiq deputat Gülər Əhmədova psixologiya elmləri namizədidir. Onun elmi araşdırmalarını davam etdirdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top