
Dünya ölkələrinin ən güclü silahlı qüvvələrinin reytinqi hazırlanıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, ekspertlər reytinqi hazırlayarkən 50-dən çox göstəricini nəzərə alıblar. Reytinqin lideri ABŞ olub. Amerika hərbçilərinin sayı təqribən 2 milyon nəfərdir. Orduda təxminən 6 min tank, 13 mindən çox təyyarə (təqribən 2 min qırıcı), 415 gəmi var. Ölkənin müdafiə büdcəsi 647 milyard dollara çatır. Siyahının ikincisi olan Rusiyada hərbçilərin sayı 3,5 milyon nəfərdən çoxdur. Bu ölkənin ordusunda təqribən 4 min təyyarə, 20 mindən çox tank və 352 gəmi var. Rusiyanın hərbi büdcəsi 47 milyard dollar təşkil edir.
Çin reytinqin üçüncüsü olub. Ölkə ordusunda 2,5 milyondan çox nəfər xidmət edir. Orduda hərbi təyyarələrin sayı 3 min ədədi keçir. Çinin 7,5 mindən çox tankı və 714 gəmisi var. Ölkənin hərbi büdcəsi 151 milyard dollar təşkil edir.
Reytinqin ilk onluğuna müvafiq olaraq, Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya daxil olublar.
Tətbiqimizi yükləyə bilərsiniz