Bu iki ölkə İnterpola üzv oldu


İnterpolun Dubayda keçirilən 87-ci Baş Assambleyasının nümayəndələri Kiribati və Vanuatu respublikalarının bu təştilatın sıralarına qəbul edilməsi lehinə səs veriblər. Beləliklə, İnterpola üzv olan ölkələrin sayı 194-ə çatıb. Bununla belə, Kosovonun təşkilata daxil edilməsi ilə bağlı ərizəsi qəbul edilməyib. Səsvermədə 51 ölkə Kosovonun üzv qəbul edilməsinin əleyhinə, 68-i lehinə, 16-sı isə bitərəf olub. İnterpola üzv olmaq üçün isə səslərin 2/3-ni qazanmaq lazımdır.(Trend)

DİGƏR XƏBƏRLƏR

Top