Yaponiyada təqaüd yaşı artırılacaq


Yaponiya hökuməti təqaüd yaşını 65-dən 70-ə qaldırmağı nəzərdə tutur. Bu barədə xüsusi komissiyanın məruzə layihəsində bildirilir. Noyabrın 26-da ölkənin iqtisadi artımı naminə təqaüd yaşını qaldırmaq məsələsi İqtisadi və Fisk Siyasəti Şurasında müzakirəyə çıxarılacaq, qanun layihəsini isə 2020-ci ilədək hazırlamaq nəzərdə tutulur. Rəsmi məlumata görə, hazırda ölkədə orta ömür müddəti kişilərdə 80, qadınlarda isə 87 yaşdır, əhalinin dörddə bir hissəsinin yaşı 65-dən çoxdur.(report)

DİGƏR XƏBƏRLƏR

Top