Sürücülük vəsiqəsini aldıqdan 49 dəqiqə sonra polisə verməli oldu


Almaniyada sürücülük vəsiqəsi alan 18 yaşlı gənc, 49 dəqiqədən sonra sürət həddini aşdığı üçün vəsiqəni polisə verməli olub. Yeniavaz.com CNNTürk-ə istinadən xəbər verir ki, sözügedən şəxs Xemr qəsəbəsində sürət həddinin saatda 50 kilometr olduğu bir yolda 95 km/saat sürətlə radara düşüb. Polis cəza protokoluna “bəzi həzzlər hər zaman davam etsə də, bəziləri 1 saat belə çəkmir” deyə maraqlı şərh yazıb.

DİGƏR XƏBƏRLƏR

Top