“ABŞ kəşfiyyatı Səudiyyə konsulluğundakı pişiyin tükünün rəngini də bilir”



ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna dolaşan pişiyin tüklərinin rəngindən də xəbəri var. Yeniavaz.com “TRT Haber” telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş deyib.

Onun sözlərinə görə, bu səbəbdən ABŞ-ın səudiyyəli jurnalist Camal Qaşıqçının kimin əmriylə öldürüldüyünün bilməməsi mümkün deyil: “Qaşıqçı cinayətinin icraçısı bəllidir, ABŞ bu hadisəni görməzdən gəlmək istəyir. CIA nəinki əmrin kim tərəfindən verildiyini, hətta konsulluqda gəzən pişiyin tüklərinin rəngini bilən təşkilatdır. Bu əmri kimin verdiyini ABŞ-ın bilməməsi mümkün deyil”.

DİGƏR XƏBƏRLƏR

Top