ABŞ-da 10 yaşlı qız 6 aylıq uşağı öldürüb


ABŞ-ın Viskonsin ştatındakı bir uşaq evində 6 aylıq körpənin başını daşla əzərək öldürməsi ilə təqsirləndirilən 10 yaşlı qız saxlanılaraq hakim qarşısına çıxarılıb. Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, ailəsi sahib çıxmadığı üçün uşaq evində yaşayan qızın məhkəməsində hakim qərarı təxirə salıb. Məhkəmənin 11 dekabrda olacağı bildirilib. Hadisə ilə əlaqədar başladılan təhqiqat zamanı təqsirləndirilən qız, uşağı qəza nəticəsində əlindən saldığını və başının yerə dəyməsi nəticəsində öldüyünü bildirib. Polis isə hadisə zamanı orda olan başqa 3 uşağın, təqsirləndirilən qızın uşağın başını daşla əzdiyini söylədiklərini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top