Daha bir ölkə Səudiyyə Ərəbistanına silah satışını dayandırdı



Daniya hakimiyyəti Səudiyyə Ərəbistanına silah və hərbi texnika ixracı üçün icazələrin verilməsini dayandırmaq qərarına gəlib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Anders Samuelsen deyib. Onun sözlərinə görə, bu qərar səudiyyəli jurnalist Camal Qaşıqçının qətli, eləcə də Yəməndəki çətin siyasi vəziyyət ilə bağlıdır. A. Samuelsen qeyd edib ki, qərar Avropa İttifaqının digər üzv dövlətlərin xarici işlər naziriləri ilə bu yaxınlarda konsultasiyalar nəticəsində qəbul olunub. İxracın dayandırılması, həmçinin bir sıra ikili təyinatlı texnologiyaları da əhatə edəcək.
Xatırladaq ki, Almaniya və Norveç daxil olmaqla, bir sıra Avropa ölkəsi Səudiyyə Ərəbistanına silah satışını dayandırıb. 

DİGƏR XƏBƏRLƏR

Top