
Adı jurnalist Camal Qaşıqçının cinayətinə qarışan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın yerinə taxta başqa şahzadənin çıxarılması iddiasına ilk rəsmi cavab gəlib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr kral ailəsinin taxta Məhəmməd ibn Salmanın deyil, başqasının çıxarılmasını tövsiyə etdiklərinə dair beynəlxalq mətbuatda çıxan xəbərlərin yalan olduğunu deyib. Xarici işlər naziri bu iddiaları şokedici və qəbuledilməz adlandırıb: “Bu xəbərlər axmaqca və həqiqətə uyğun deyil. Səudiyyə Ərəbistanının liderliyi kral tərəfindən təmsil edilir. Vəliəhd şahzadə cinsindən asılı olmayaraq, hər səudiyyəli üçün qırmızı sərhəddir”.(publika.az)
Tətbiqimizi yükləyə bilərsiniz