Amerikalı turist qəbilə tərəfindən oxla öldürülüb


Hindistanın Andaman və Nikobar adalarını görmək istəyən və missioner (başqa dinə sitayiş edən xalqlara xristianlığı təbliğ edən şəxs) olduğu iddia edilən şəxs, adanın xüsusi mühafizə olunan yerli xalqı tərəfindən oxla öldürülüb. Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, amerikalı turisti adalara aparan və yerli xalq tərəfindən öldüyünü xəbər verən balıqçılar olub.
Andaman adalarının sakinləri qəbilə formasında və müasir dünyadan tamamilə təcrid olunmuş vəziyyətdə yaşayır. Yerli xalq ilə əlaqə qurmaq da qadağan olunub. Qəbilənin 50-dən 150-ə kimi fərdinin olduğu ehtimal olunur. Qanunları pozaraq ABŞ vətəndaşını adalara aparan 7 balıqçı polis tərəfindən saxlanılıb. Qeyd edək ki, Hindistan mediası ABŞ vətəndaşının əslində Con ElenÇao adlı missioner olduğunu iddia edir. 

DİGƏR XƏBƏRLƏR

Top