
Cənubi Sudanda 16 yaşlı qız “Facebook” sosial şəbəkəsində keçirilən hərracda satılıb. Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, “Facebook”da hərracın keçiriləcəyinə dair elan oktyabrın 25-də verilib.
Elan 15 gün ərzində sosial şəbəkədə qalıb. Hadisədən gec xəbər tutan “Facebook” elanı dərhal ləğv edib. Lakin bu, gecikmiş addım olub, çünki qız noyabrın 3-də çoxdan evləndirilmişdi.
İddiaya əsasən, hərracda 5 nəfər iştirak edib. Onların arasında Cənubi Sudanın yüksək vəzifəli hökumət üzvləri də olub. Hərracın qalibi qızın ailəsinə 500 inək, 3 maşın və 10 min dollar məbləğində başlıq pulu verib.