Səudiyyəli nazir: Qaşıqçı cinayəti nəzarətdən çıxan əməliyyat olub

 
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səudun və krallıq hakimiyyətinin jurnalist Camal Qaşıqçının qətli ilə əlaqəsi yoxdur. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib.
 
O bildirib: “Biz aydın şəkildə başa saldıq ki, Səudiyyə Ərəbistanı hakimiyyətinin bununla əlaqəsi yoxdur və vəliəhd şahzadənin tamamilə aidiyyəti yoxdur. Aydın şəkildə başa saldıq ki, bu, nəzarətdən çıxan əməliyyat olub və insanlar öz səlahiyyətlərini aşıblar, onlar etməməli olduqlarını törədiblər”.
 
Nazir jurnalistin “necə ola bilər ki, vəliəhd şahzadə qətl barədə bilməsin” sualına cavabında qeyd edib ki, bu, faciəvi hadisə olub, bu, cinayət olub, onu törədənlər məsuliyyət daşıyacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top