Bu il "Azəri-Çıraq-Günəşli"yə 1,19 milyard dollar xərclənib


Bu ilin ilk 9 ayı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 367 milyon dollar əməliyyat məsrəfləri və 825 milyon dollar əsaslı məsrəflər xərclənib. Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2017-ci ilin ilk 9 ayı ilə müqayisədə bu ilin ilk 9 ayı ərzində AÇG layihəsində əməliyyat məsrəfləri 8% və ya 28 milyon dollar artıb, əsaslı məsrəflər isə 7% və ya 65 milyon dollar azalıb.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), ARDNŞ (25%), Şevron (11,3%), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.
 
 

DİGƏR XƏBƏRLƏR

Top