
Norveçin “Hurtigruten” dəniz danışması firması ölü balıqlardan yanacaq kimi istifadə edəcək.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, bununla da “Hurtigruten” dünyada bərpa olunan enerjidən istifadə edən ilk kruiz şirkəti olacaq.
Şirkət ölü balıqlarla yanaşı, digər üzvi tullantılardan istifadə etmək barədə də düşünür. “Hurtigruten” ilkin mərhələdə ölü balıqlarla işləyən 6 gəmini suya buraxacaq. 2021-ci ildən etibarən reallaşdırılması planlaşdırılan layihədə gəmilər bioqaz, böyük batareyalar və maye qazın qarışığından ibarət enerjidən istifadə edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz