Qara cümə: ABŞ-dan dünyaya yayılan endirim ənənəsi

 
Bu həftənin cümə günü, dünyanın bir çox yerində məşhur firma və markaların böyük endirim kampaniyalarına yer verdiyi Qara cümədir (Black Friday). Bəs bu ənənə harada və necə başladı?
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, qara cümə, hər il noyabrın dördüncü cümə axşamı Amerikada qeyd edilən "Şükranlıq Günü"ndən sonrakı cümə gününə təsadüf edir.
Həmin gün insanlar ailələriylə birlikdə şəhər mərkəzlərinə axın edərək, alış-veriş edirlər.
“Qara cümə”də mümkün qədər daha çox müştəriyə satış etmək istəyən firmalar, endirim kampaniyalarında bir-birləri ilə böyük bir rəqabətə girişirlər.
Bu ənənə yavaş-yavaş dünyanın bütün ölkələrinə yayılmaqdadır.

DİGƏR XƏBƏRLƏR

Top