
Dünyanın ən hündür qızı Çində yaşayır.
Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, 11 yaşlı qızın boy hündürlüyü 208 santimetr təşkil edir.
Çjan Szlyuy Şandun vilayətinin Szinan şəhərində yaşayır. O, 6-cı sinifdə oxuyur və peşəkar basketbolçu olmaq arzusundadır. Qızın anası və atasının boy hündürlüyü isə 180 santimetrdir.
Ginnesin Rekordlar Kitabının versiyasına əsasən, ən hündür qız 12 yaşlı Sofi Hollinsdir. İngiltərənin Sauthempton şəhərindən olan qızın boyunun hündürlüyü cəmi 188 santimetrdir.
Tətbiqimizi yükləyə bilərsiniz