Türkiyədə kömür mədənində partlayış olub


Türkiyənin Zonquldağ əyalətində daş kömür mədənində baş verən partlayış nəticəsində 2 şaxtaçı xəsarət alıb, 3-ü isə dağıntılar altında qalıb.

Bunu əyalət valisi Ərdoğan Bektaş bildirib.

O, qəzanın səbəbinin hələlik məlum olmadığını, xilasetmə işlərinin davam etdiyinin söyləyib: “Üç nəfərin xilas edilməsi istiqamətində işlər davam edir. Xilasedicilərin onların yanına çatdığı deyilir. Ancaq sağ qalmalarına ümid azdır. Partlayışla əlaqədar araşdıma davam edir”.

DİGƏR XƏBƏRLƏR

Top