Millimiz Kosova komandasına böyük hesabla məğlub oldu


UEFA Millətlər Liqasının VI turunda Kosovo və Azərbaycan yığmaları arasında oyun keçirilib.

Yeniavaz.com xəbər verir ki, Priştinada baş tutan oyunda meydan sahibləri 2-ci dəqiqədə hesab açıblar. Arber Zeneli vurduğu qolla komandasını hesabda irəli çıxarıb - 1:0. Birinci hissədə baş top vurulmayıb..

İkinci hissədə, Zeneli dubla imza atıb. 50-ci dəqiqədə kosovalının vurduğua ikinci qolla hesab  2:0 olub.

Oyunun 61-ci dəqiqəsində Amir Rahmani üçüncü topu Azərbaycan komandasının qapısından keçirib.

76-cı dəqiqədə Arber Zeneli özünün üçüncü, görüşün dördüncü topunu vurub .Oyun 4;0 hesabla başa çatıb və Kosovo növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda ikinci yeri tutan Azərbaycan yığması Millətlər Liqasında çıxışını başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top