
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Çempionlar Liqasının G qrupunda oynanılacaq “Roma”-“Real” Madrid matçına dəvət alıb. Yeniavaz.com İHA agentliyinə istinadla xəbər verir ki, “Roma” klubunun prezidenti Ceyms Palotta və idman direktoru Monçi MHP sədrinə dəvət göndərib.
Dəvət FIFA meneceri Bayram Tutumlu vasitəsilə göndərilib. D. Bahçeli iş qrafikinin çox gərgin olduğunu deyib, ancaq matça baxaraq “Roma”da oynayan Cengiz Ünderi dəstəkləmək istədiyini qeyd edib. Bu önəmli matça, həmçinin tennisçi Rafael Nadal və aktyor Antonio Banderas da dəvət alıb.