Döyülən məktəb direktorunun xəstəxanadan fotosu YAYILDI

Xəbər verdiyimiz kimi, "Dolu" filminin məşhur aktyoru "Drakon" obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı məktəb direktorunu Tural Mirzəliyevə ağır bədən xəsarəti yetirib. Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. Məktəb direktoru ağır bədən xəsarətləri alaraq Sabunçu rayon 3 saylı xəstəxanaya yerləşdirilib.

Direktor Tural Mirzəliyevin yaxını Yeniavaz.com-a  bildirib ki, T.Mirzəliyev hazırda xəstəxanada müalicə alır, kəllə-beyin travması alıb.

Xatırladaq ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev direktora bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi.

Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.

Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə" çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. "Drakon" məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi.

Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.

Bu gün məhkəmə iclasında sonra tərəflər arasında yenidən mübahisə düşüb. Rza Rzayev məktəb direktorunu döyərək ağır bədən xəsarətləri yetirib.



DİGƏR XƏBƏRLƏR

Top