Azərbaycan, Ermənistan və Gürcüstanda avtomobil qiymətləri

Hazırda Cənubi Qafqazın 3 respublikasında - Azərbaycanda, Gürcüstanda və Ermənistanda avtomobil qiymətləri arasında ciddi fərqlər var. Hər 3 ölkədəki mövcud qiymət fərqinin nə qədər böyük olduğunu görə bilmək üçün avtomobil elanları saytlarına baxmaq kifayət edir. Nümunə olaraq 1998-ci ilin istehsalı olan "Mersedes C 200" model avtomobillərin qiymətinə nəzər salmaq olar.
Yeniavaz.com xəbər verir ki, Ermənistanın populyar elan saytlarından olan "list.am"da 1998-ci ilin istehsalı olan "Mersedes C 200" avtomobilinin qiyməti təxminən 4-5 min dollar (1,9-2,4 milyon dram) arasında dəyişir.  Eyni model avtomobillərin Gürcüstanın "autopapa.ge" elanlar saytında 3-4 min dollara (8-10,5 min lari) satıldığı qeyd olunub. Azərbaycanın məşhur "turbo.az" saytında isə 1998-ci ilin istehsalı olan "Mersedes C 200" avtomobillərinin satış qiyməti 6,5-7,5 min dollar (11,5-12,5 min manat) göstərilir.
Yuxarıda qeyd olunan elan saytlarından götürülən 1998-ci ilin istehsalı olan "Mersedes C 200" model avtomobilin qiyməti:
Azərbaycanda 6 940 dollar (11,8 min manat)
Ermənistanda 4 500 dollar (2,2 milyon dram)
Gürcüstanda  3 500 dollar (8,7 min lari)

 
 

DİGƏR XƏBƏRLƏR

Top