Kəşfiyyat gəmisinin Marsda enəcəyi yer bilindi


Kəşfiyyat xarakterli kosmik gəmi “Mars 2020”-nin 2021-ci ildə Qırmızı Planetə enməsi planlaşdırılır. Səthi tədqiqatlar üçün göndərilən “InSight” robotu isə bazaar ertəsi Marsa enəcək. Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, NASA 2021-ci ildə Marsdakı kraterlərdən birinə kəşfiyyat gəmisi endirəcəyini bildirib. NASA-dan verilən məlumata əsasən gəmi, beş illik axtarışlar nəticəsində 60 eniş nöqtəsindən diametri 45 kilometr olan Yezero kraterinə enəcək. “Mars 2020” 2020-cil ildə kosmosa göndəriləcək. Gəmi Mars missiyasında həmçinin, Qırmızı Planetdə həyat izləri də axtaracaq.
“InSight” robotu isə iki il müddətində Mars üstündəki sabit bir nöqtədən NASA-ya məlumatlar göndərərcək 

DİGƏR XƏBƏRLƏR

Top