MDB ölkələrinin kitabxanalarında nə qədər kitab var? - SİYAHI


Azərbaycanda 3 min 100 kütləvi kitabxana və bu kitabxanalarda 32 milyon 500 min nüsxə kitab mövcuddur. Yeniavaz.com Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, hər kitabxanaya düşən kitabların sayına görə, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında sonuncu sırada yer alıb.
Azərbaycanda hər kitabxananın payına orta hesabla 10 min nüsxə kitab düşür. Bu göstərici, yəni hər kitabxanaya düşən orta kitab sayı Belarusda 21 min 200 nüsxə, Ermənistanda 23 min 700, Qazaxıstanda 28 min 900, Qırğızıstanda 20 min 800, Moldovada 12 min 200, Rusiyada 21 min 700, Türkmənistanda 15 min, Ukraynada 15 min nüsxə təşkil edib.
 

DİGƏR XƏBƏRLƏR

Top