Qazaxıstan latın əlifbasına keçməyə hazırlaşır


Qazaxıstanda kiril əlifbasından latın əlifbasına keçilməsi üçün müxtəlif təhsil müəssisələrində sınaq xarakterli tədbirlər həyata keçirilir. Yeniavaz.com CNNTürk-ə istinadən xəbər verir ki, ötən ilin oktyabrında latın əlifbasına keçilməsinə qərar verilən Qazaxıstanda, 32 hərfdən ibarət yeni qazax əlifbası orta məktəb, kollec və univeristetlərdə tətbiq olunmağa başlanıb. Səlahiyyətli şəxslərin verdiyi məlumata əsasən avqust və sentyabr aylarında ölkədəki 52 univeristetin Qazax Dili və Ədəbiyyatı Fakültələrində sınaq xarakterli tədbirlər həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top