Nazir: Türkiyə bizə Qaşıqçı cinayəti ilə bağlı heç bir dəlil verməyib


Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbul Baş Konsulluğunda qətlə yetirildiyi an qeydə alınmış səs yazısını Türkiyə tərəfindən almayıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib. Onun sözlərinə görə, Səudiyyənin Baş Prokurorluğu Türkiyə tərəfindən heç bir dəlil, o cümlədən hansısa səs yazısı almayıb: “Biz Türkiyədən iş üzrə dəlilləri almağa ümid edirik ki, dövlət ittihamı onları məhkəmədə rəsmi olaraq təqdim edə bilsin”.

DİGƏR XƏBƏRLƏR

Top