Ağ Evin jurnalistlərlə bağlı qaydaları dəyişdirildi


Ağ Evin mətbuat katibi Sara Sandez, CNN müxbiri ilə bağlı verilən qərar və Ağ Evdəki mətbuat konfranslarının dəyişdirilən formatı haqqında məlumat verib. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, S. Sandezin yaydığı məlumatda mətbuat kartı dondurulan CNN-in Ağ Ev müxbiri Cim Akostanın hüquqlarının bərpa edildiyi bildirilib. O Ağ Evin mətbuat konfranslarının formatının dəyişdirildiyini də bildirib. Yeni formata əsasən müxbirlər ancaq bir sual verə biləcək. Cavabdan sonra sualın davamı isə ancaq icazə verilərsə yönləndiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top