Hakim oyundan sonra ağladı - ŞOK XƏBƏR EŞİTDİ


UEFA  Millətlər Liqasının Almaniya-Hollandiya oyununun baş hakimi Ovidiu Haçeqan final fitindən sonra ağlayıb. Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, 38 yaşlı rumın hakiminin anası vəfat edib. Hollandiya yığmasının müdafiəçisi Virgil van Deyk matçın sonunda O. Haçeqana təsəlli verib. Müdafiəçi bildirib: “Haçeqan dedi ki, bir müddət əvvəl anası vəfat edib, məyus oldu və ağladı. Mən ona təsəlli verdim və dedim ki, o, matçı yaxşı idarə etdi. Bu, əlbəttə ki, xırda şeydir, lakin ümid edirəm təsəlli verməklədə olsa kömək edə bildim”. Qeyd edək ki, Almaniya-Hollandiya matçı 2:2 hesabı ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top