Ərdoğan Putinə hədiyyə verdi

 
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin İstanbulda “Türk axını” qaz kəmərinin dəniz hissəsinin tikinti layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak etdikdən sonra təkbətək görüş keçiriblər.
 
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, mətbuata bağlı keçirilən görüş 1 saat 15 dəqiqə davam edib. R.T. Ərdoğan görüşdən sonra rusiyalı həmkarına Alev Alatlının kitabını hədiyyə edib. Yazıçının "Dünya Nöbeti - Gogol'un İzinde 2. Kitap" adlı əsərinin rus dilinə çevrilmiş kitabları Rusiya liderinə təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top